Bakını kəşf etməyin sirri 12-ci əsrə aid və digər qədim qalalardan tutmuş dünyaca məşhur Alov Qüllələrinə qədər bütün özəl abidələrimizi görməkdir. “Lonely Planet”in “Paris və Dubay memarlığının sevgisindən doğulan övlad” adlandırdığı paytaxt Bakı dünyanın ən sürətlə dəyişən şəhərlərindən biridir.

Bakını kəşf etməyin sirri 12-ci əsrə aid və digər qədim qalalardan tutmuş dünyaca məşhur Alov Qüllələrinə qədər bütün özəl abidələrimizi görməkdir. “Lonely Planet”in “Paris və Dubay memarlığının sevgisindən doğulan övlad” adlandırdığı paytaxt Bakı dünyanın ən sürətlə dəyişən şəhərlərindən biridir. Mütləq bir gün Bakıya gəlin, qədim küçələrdə gəzin, orta əsrlərdən qalma divarları görün və onlara toxunun, dar küçələrdəki qarışıq sənət nümunələrindən zövq alın. Bu qədim şəhərin köhnə binaları, saray kompleksləri, məscidləri və cazibədar Qız Qalası dünyanın dilindədir. Qədim Bakının əsas görməli yerlərinə səyahət edən insanlara vətənimiz haqqında hekayələrdən bəhs etmək zövqvericidir. Bura gəzmək üçün ideal şəhərdir. Bakıda olmadığınız zamanlarda belə Sizə buranı xatırladacaq suvenirlər, gözəl çay dükanları və restoranlar yaddaşınıza yalnız xoş xatirələr həkk edəcək. Dəniz kənarında zinyət əşyaları satan və boş saatlarda şahmat və ya nərd oynayan tacirlərin maraqlı həyat səhnələrini kəşf etməkdən yorulmayacaqsınız. Bakı həqiqətən zamanın dayandığı məkandır.

Köhnə küçələr indi modern kafe və restoranlarla əvəz olunub. Gənc nəsil ən son dəbli geyimlərlə Bakının küçələrində gəzir. Bakı gündən-günə öz cazibədarlığını artırmaqdadır. Şəhərin mərkəzində YUNESKO-nun Mədəni İrs siyahısına salınan qədim abidələri mövcuddur. Məsələn, Azərbaycanın qədim abidəsi olan İçərişəhər YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısına salınıb. Daş malikanələr və dəbdəbəli butiklər zamanın izləri ilə əhatə olunub. Köhnənin və yeninin qarışımı bir-biri ilə ahəngdardır. Bakının ətrafında çoxlu turizm məkanları var. Şəhər çox sürətlə böyüdüyünə görə burda əyləncəli zaman keçirtmək üçün hər cür şərait var. Bu şəhər son dövrlərdə xeyli təmizlənib və yenidən bərpa olunub. Bakı hündür qala divarları ilə əhatə olunan sənət əsərlərini özündə əks etdirən gözəl bir şəhərə çevrilib.

Xalçaçılıq Azərbaycanın, Yaxın Şərq və Orta Asiyanın milli mədəniyyəti tarixində xüsusi yer tutur. Əminliklə deyə bilərik ki, xalçaçılıq ən geniş yayılmış xalq sənətkarlığıdır. Bu sənət sahəsi bir zamanlar azərbaycanlıların gündəlik həyatının bir hissəsi olub, sonralar isə sanki milli rəmzə çevrilib. Qədim Azərbaycanda xalçalar böyük tarixi əhəmiyyətə və estetik görünüşə malik idi, buna görə də evlərin divarlarını, döşəmələrini, köçəri çadırları, məscidləri və hökumət binalarını bəzəmək üçün istifadə olunurdu. Bir sözlə, xalçaya hər zaman dəyər verilirdi və 1967-ci ildə Azərbaycan Xalça Muzeyi yaradıldı. Bu muzey hazırda xalçalarla yanaşı, 10.000-dən çox keramika, metal işlər, tunc dövrünə aid zərgərlik əşyalarına da sahibdir. Muzey ilk növbədə xalça və xalçaçılıq əşyalarının, eləcə də tətbiqi sənət əsərlərinin tədqiqi, saxlanması və nümayiş etdirilməsi üçün vacibdir.

Bakıda olarkən Azərbaycanın ən tanınmış və şəhərin tarixi əhəmiyyətli yerlərinə baş çəkmək şansını əldən verməyin. Turistlərin və yerli sakinlərin daim maraqla ziyarət etdiyi Qız Qalasına gün batmazdan əvvəl qalxın və Bakının füsunkar mənzərəsindən zövq alın. Hər il minlərlə turisti özündə cəmləşdirən Azərbaycanın yenə də incitək dəyərli qədim məkanlarından biri də YUNESKO-nun Ümumdünya İrsinə daxil olan Qobustan Milli Parkıdır. Bura qaynayan palçıq vulkanları, antropoloji yerləri və isti bulaqları olan başqa bir dünyadır. Azərbaycanda dənizkənarı sahillərdə, dənizdə və adalarda 300-dən çox palçıq vulkanı vardır. Bu, dünyadakı palçıq vulkanlarının 30 %-ni təşkil edir və bu da insanların Azərbaycana gəlmələri üçün ən əsas səbəblərdəndir. Qobustan Milli Muzeyini ziyarət etmək və petroqliflərin tarixini öyrənmək, Mezolit dövrünə aid qədim insan sümükləri və ya iş alətlərini görmək fürsətini qaçırmayın. Qobustan Milli Parkına getmək üçün Viator ilə bir günlük tur sifariş etməklə bütün bu deyilənlərə öz gözünüzlə şahid ola bilərsiniz.