Dreamland Qolf Hotel, Cynthia Dai tərəfindən hazırlanmış 18 dəlikli yaşıl qolf sahəsinə baxan 42 müasir otaq təklif edir. Qonaqlar Qolf Akademiyanın, restoranların və diqər iaşə və əyləncə məkanlarının daxil olduğu Dreamland Qolf Klubun təqdim etdiyi füsünkar abu havadan həzz alaraq Abşeron yarımadasının təmiz havasında dincəlib istirahət edə bilərlər. İşgüzar səfər, istirahət turu, özünüz və ya ailəniz ilə qolf oynamağı planlaşdırırsınızsa, Dreamland Qolf Hotel sizə rahat və dəbdəbəli istirahət təklif edir. Hotel şəhərin mərkəzindən avtomobillə cəmi 20 dəqiqəlik məsafədə yerləşdiyi üçün, siz asanlıqla Bakının müxtəlif əyləncə və iaşə məkanlarını o cümlədən tarixi və müasir abidələrini ziyarət edə bilərsiniz.
Bizim seçilmiş otaqlarımızda pulsuz Wi-Fi, iş masası, kabel televiziyası, soyuducu, dəyərli əşyaların saxlanılması üçün seyf, özəl vanna otağı, hava feni və digər lazımi əşyalar vardır. Hotel bütün gün açıq olan restoran, ATM, mini market, qonaqlar üçün çanta saxlama xidməti və pulsuz avtomobil dayanacağı təklif edir. Biz sizin dilinizdə danışırıq!
Hoteldə “A la carte” menyusu əsasında dünyanın ən məşhur yeməkləri ilə yanaşı ənənəvi Azərbaycan yeməklərini təklif edən restoran var. Axşam yeməyindən sonra Qolf Akademiyasının sakit mənzərəsinə baxan restoranda istirahət edə bilərsiniz. Səhər yeməyi müəyyən menyu və ya bufet seçimi ilə bütün günü açıq olan restoranda təqdim olunur. Sizin xüsusi pəhriz ehtiyaclarınızı ödəmək bizim aşpaz komandamızın əlindədir.
Avropanın 100 ən yaxşı kurortlarında nümayiş olunan Sintia Dayenin şah əsəri sizə təravətli Aralıq dənizi hissini Qafqazda yaşamağı təklif edir. Sıx ot örtüklü və mükəmməl səliqəyə malik meydança təcrübəli qolfçular üçün sevimli, yeni başlayanlar üçün rahat məşq zonası hesab oluna bilər.Oyun zamanı gərginliyi aradan qaldırmaq üçün burada hər bir şey düşünülüb. Geniş çeşiddə dəst seçimləri icarəyə verilir. Oyun vaxtını öncədən bron etmək üçün bizim mehriban komandamızla əlaqə saxlayın: reservations@dreamlandgolfclub.com
Qonağımız olarkən sanki bir incəsənət əsəri kimi işlənmiş Qolf Akademiyasına baş çəkməyi unutmayın. PGA ixtisaslı təlimçilərin nəzarəti altında qolf oyununun sirrlərini öyrənin. Oyunun texnikasını daha dərindən öyrənmək istəyirsinizsə, İMG performans studiyasına baş çəkin.Mütləq qolf oynamağı öyrənin! Ətraflı məlumat üçün: Academy@dreamlandgolfclub.com
Dreamland Qolf Klubunda dünyanın aparıcı sənaye liderlərinin ən son qolf avadanlıqlarını, paltar və ayaqqabılarını seçmək imkanınız var. “Galvin Green”, “PING”, “Ralph Lauren” və “FootJoy” kimi markalardan geyindiyiniz formalarda özünüzü professional oyunçu kimi hiss edəcəksiniz.
Xəyallarınızın arxasınca gedin və öz gələcəyinizi bu gün burada qurun. Bakının ən lüks məkanlarından biri hesab olunan “Dreamland”da villalar, yaşayış evləri, otel və qolf oyunları üçün meydança, beynəlxalq məktəb, pərakəndə satış yeri və restoranlar mövcuddur. Bizim peşəkar məsləhətçi komandamız sizə sahibi olduğunuz evlərin daxili dizaynının qurulmasında köməklik göstərməyə həmişə hazırdır.